Bu milli komandaya azarkeşsiz oynamaq cəzası verildi

17:26 - 10 Oktyabr 2026

Serbiya millisi Millətlər Liqasının V turunun Almaniyaya qarşı ev oyununu azarkeşsiz keçirəcək.

Sportal.az xəbər verir ki, UEFA bu qərarı azarkeşlərin Yunanıstanla matçda (1:2) törətdiyi insidentləri araşdırdıqdan sonra qəbul edib.

​Serbiya Futbol İttifaqı azarkeşlərin irqçi və diskmirminasiya xarakterli davranışı, idman tədbirinə uyğun gəlməyən şüarların nümayiş etdirilməsi, pirotexnika və digər əşyalardan istifadə olunması, həmçinin tamaşaçıların meydançaya qaçması bəndləri üzrə təqsirli bilinib.

​UEFA hər bir pozuntu bəndi üzrə cərimə sanksiyaları tətbiq edib. Bundan əlavə, Serbiya yığmasının noyabrın 13-də Almaniyaya qarşı növbəti ev oyununu boş tribunalar önündə keçirməsi öhdəliyi qoyulub.

Serbiya Futbol Federasiyası Niderlandla səfər matçında (1:2) azarkeşlərin davranışı səbəbindən də ayrıca cəzalandırılıb. UEFA qurumu cərimələyib və azarkeşlərə bir səfər oyunu üçün bilet satışını qadağan etmək barədə qərar çıxarıb. ​Lakin bu qadağanın icrası iki illik sınaq müddətinə təxirə salınıb. Bu o deməkdir ki, göstərilən dövr ərzində analoji pozuntular təkrarlanacağı təqdirdə sanksiya qüvvəyə minəcək.

Xəbər xətti