"Napoli"nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda İtaliya klubunu tərk edə bilər.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi belçikalı futbolçunun müqaviləsini daha bir mövsüm uzatmaq hüququndan istifadə etməmək qərarına gəlib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
De Bruynenin "Napoli" ilə hazırkı sözləşməsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir. Əgər tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməsələr, 35 yaşlı oyunçu mövsüm bitdikdən sonra azad agent statusu qazanacaq və karyerasını harada davam etdirəcəyinə özü qərar verə biləcək.
MLS klubları artıq vəziyyətlə maraqlanmağa başlayıblar. De Bruynenin nümayəndələri noyabr ayında milli komandaların oyunları ilə bağlı fasilə zamanı "San Dieqo" rəhbərliyi ilə danışıqlar aparmağa hazırlaşırlar. Amerika klubu təcrübəli yarımmüdafiəçini karyerasını MLS-də davam etdirməyə razı salmağı hədəfləyir.
Bununla belə, oyunçu ətrafındakı vəziyyəti izləyən yeganə MLS klubu "San Dieqo" deyil. "İnter Mayami" və "Çikaqo Fayr" klubları da onunla maraqlanırlar.
saytlarin hazirlanmasi
