“Ölkə futbolu tarixi baxımından “Barselona” ilə oyun əhəmiyyətli sayıla bilər. “Barselona” dünya səviyyəli klubdur və böyük azarkeş kütləsinə sahib olduğundan bu gün keçiriləcək qarşılaşma kommersiya baxımından da faydalı olacaq. Bu oyunun favoriti “Barselona”dır. Belə bir komanda ilə qarşılaşmada motivasiya üçqat olsa belə, rəqibin oyuna necə yanaşmasından və sənin şansının nə qədər olacağından çox şey asılıdır. Komandanın daha inamlı və özünə güvənən oyun nümayiş etdirməsi gələcək illərdə təcrübə baxımından faydalı ola bilər”.

Bu sözləri Sportal.az saytına açıqlamasında Elmar Baxşıyev deyib. Azərbaycanlı mütəxəssis bu gün “Sabah”ın Çempionlar Liqasının 5-ci turunda qarşılaşacağı “Sabah”la oyundan bəhs edib və Lamin Yamalın Bakıya gəlməməsi haqda bunları deyib:

“Yamal dünya ulduzu və “Barselona”nın əsas fiqurlarından biri olsa da, bu komanda daha çox geniş heyəti və istedad baxımından zəngin kollektiv olması ilə seçilir. Düşünürəm ki, Yamal bu gün keçiriləcək görüşdə itki olmayacaq. Bu qarşılaşmada şansımız nə qədər çox olsa, bir o qədər möcüzəyə ümid etmək mümkündür. Hans Flik öz mövqeyini bildirib və böyük ehtimalla, bu açıqlama daha çox öz komandasını oyuna kökləmək məqsədi daşıyır. İspan futbolu başqa səviyyədədir. Gəlin etiraf edək ki, bizim həmin səviyyəyə çatmağımız bir mövsümdə əldə olunan nəticə ilə mümkün deyil. Bir klubun davamlı olaraq avrokubokların qrup mərhələsində çıxış etməsi və illər ərzində təcrübə qazanması ilə həmin səviyyəyə yaxınlaşmaq mümkündür”.

Mirbağırağa