Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisi keçirdiyi 5 oyundan sonra 9 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.