"Barselona" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində sabah Bakı Olimpiya Stadionunda "Sabah"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

  • "Sabah"ı təhlil etmisiz? Necə komanda gözləyirsiz, hansı detallara xüsusi diqqət yetirmək lazımdır?
  • "Sabah" futbol oynamağı sevən komandadır. Onlar konkret çərçivədə oynamağı sevirlər. Hər bir rəqibə hörmətlə yanaşırıq.
  • Lamin Yamalı evdə qoymaq qərarına necə gəldiniz? Proses necə baş verdi? Komanda onsuz fərqli olacaq?
  • Biz keçmişdə də Yamalsız oynamışıq. Bilirik ki, nə edəcəyik. Bizim üçün çox vacib oyunçudur. Dünən səhər onu yoxladıq və qərara gəldik ki, İspaniyada qalması daha məqəsəduyğundur. Hər şey qaydasındadır. Onsuz oynayacağıq.
  • Yamalın əvəzinə kim oynayacaq?
  • Hələ qərarlaşdırmamışıq. Proses eynidir. Bu gün məşq edəcəyik. Sabah fərqli gün olacaq. Müəyyən dəyişiklik ola bilər. Çünki 4 həfətədə 9 oyun oynamışıq. Bu ilin sonuna qədər gərgin oyun rejimi olacaq. Digər futbolçuların da oynamaq imkanı ola bilər, bəziləri az, bəziləri çox oynayacaq.
  • Zədəlilərin durumu necədir?
  • Sabahkı matçda müəyyən dəyişikliklər ola bilər. Bu, böyük hadisə deyil. Bəzi oyunçuların zədələri təhlükəli deyil. Amma ola bilsin ki, bəzən düşündüyümüzdən uzunmüddətli olsun.
  • "Sabah"ın baş məşqçisi dedi ki, "Barselona"ya qarşı komandanı motivasiya etmək çətin deyil. Bəs, sizin futbolçuları motivasiya etmək daha çətindir?
  • Başa düşürük ki, bizim üçün vacib oyundur, 3 xal qazanmalıyıq. Təbii ki, "Sabah" da ilk dəfədir Çempionlar Liqasında oynayır. Onlar gözəl oyun nümayiş etdirməyi sevirlər. "Barselona", "Mançester Yunayted" kimi komandalara qarşı oyanyırlar, hər oyunçu 100 faiz motivasiya olur. Bizdə də vəziyyət eynidir, oyunçularım sabahkı mata hazırdırlar.
  • "Sabah" və "Barselona"da oyun stilinə görə oxşar fəlsəfə var. Sabahkı matçdan azarkeşlər nə gözləyə bilərlər?
  • Biz bunu öz məşqçilər heyətimizlə təhlil etdik. "Sabah" La Liqanın bir komandasına bərabər komandadır. Gözəl oynayırlar, onları yüksək dəyərləndirirəm. La Liqa komandalarının fəlsəfəsəi gözəldir, bütün komandalar bilir ki, necə futbol oynamaq lazımdır. "Sabah" da bilir ki, necə oynamaq lazımdır. Biz düzgün münasibət göstərəcəyik.
  • Mirbağırağa