"Qol vurmağın yolunu tapmayana qədər işimiz çətin olacaq. Bəli, müdafiədə bəzi səhvlərə yol verdik, amma qapımızı toxunulmaz saxlaya bildik. Bu isə həmişə qələbə üçün yaxşı şans yaradır. Yenə də təkrar edirəm, qol vurmağın yolunu tapmalıyıq".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Bençe Verkonyi deyib. Ağdam klubunun macar müdafiəçisi komandasının hazırkı durumu dəyərləndirib:
"Diqqətimizi cəmləməli və daha çox qol şansı yaratmalıyıq. Məsələ bundan ibarətdir. Bu, futboldur, biz qol vurmaq üçün oynayırıq. Hər kəs qol vurmaq istəyir. Rəqibin qapısına gedən yolu tapmalıyıq. Oynamaq həm də çətindir, çünki rəqiblər bizə qarşı çox geri çəkilirlər, 10 sahə oyunçusunun hamısı cərimə meydançasında toplaşır. Orada boşluq tapmaq heç də asan məsələ deyil".
“Qarabağ” növbəti “Sumqayıt”la qarşılaşacaq O, bu görüşdə qələbə üçün oynayacaqlarını deyib: “Biz qalib gəlmək istəyirik. Bunun üçün qol vurmalıyıq. Qol vurası olsaq, qalib gələcəyik. Qapımızı toxunulmaz saxlasaq, bir qol da bizə bəs edər”.
Mirbağırağa
saytlarin hazirlanmasi

