Polşanın “Rakov” klubunun baş məşqçisi David Şvarqa Ekstraklasanın 15-ci turunda “Vidzev”ə qarşı keçirilən və 3:1 hesabı ilə başa çatan oyunu şərh edərkən, komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin çıxışını xüsusi vurğulayıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, polyak mütəxəssis azərbaycanlı futbolçunun oyun zamanı göstərdiyi aqressivlikdən danışıb:
"Matçın 42-ci dəqiqədə elə bir an oldu ki, Mahir intensiv və davamlı bir təzyiqə başladı. Bunu bütün stadion hiss etdi. "Rakov"un stadionunda məhz belə atmosfer görmək istəyirəm. Azarkeşlərin təkcə qələbələri, qolları və ya gözəl hücumları deyil, həm də müdafiədə göstərilən fədakarlığı qiymətləndirdiyi və bununla komandanı irəliyə doğru ruhlandırdığı bir mühiti görmək çox sevindiricidir".
saytlarin hazirlanmasi
