Azərbaycanın “Zəngəzur” komandası bu gün futbol üzrə UEFA Regionlar Kubokunun aralıq mərhələsinin 7-ci qrupunda ikinci tur oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci görüşündə Türkiyənin “İstanbul” komandasına 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, “Zəngəzur” ilk turda Polşanın “Dolnı Şlensk” komandasına 0:12 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi növbəti matçını noyabrın 27-də Rumıniyanın “Karpatians” komandasına qarşı keçirəcək.
Qrupun bütün oyunları Türkiyədə təşkil olunur.
Turnir cədvəli: “Dolnı Şlensk” – 6 xal, “İstanbul” – 4 xal, “Karpatians” – 1 xal, “Zəngəzur” – 0 xal.
saytlarin hazirlanmasi
