AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda Premyer Liqanın 12-ci tur matçlarında qeydə alınmış qayda pozuntularına dair cəzalar müəyyənləşdirilib.

"Şamaxı"nın məşqçisi Araz Bağırov və "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə 3 oyunluq diskvalifikasiya olunublar.

Hər iki klub məqşçilərinin hərəkətlərinə görə 8 min manat cərimə ödəyəcək.

Həmçinin görüşdə "Turan Tovuz"un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 matçlıq cəza alıb.

Tovuz təmsilçisi buna görə 3 min manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.