2028-ci ildə futbol üzrə Amerika Kubokunun harada keçiriləcəyi dəqiqləşib.

Sportal.az xəbər verir ki, yarışa növbəti dəfə ABŞ ev sahibliyi edəcək.

CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) və CONCACAF-ın (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) birgə qərarına əsasən, sayca 49-cu turnir iyunun 9-dan iyulun 9-dək təşkil olunacaq.

Əvvəlki kimi 16 komandanın iştirakı ilə baş tutacaq yarışda Cənubi Amerikadan 10, CONCACAF-dan 6 milli komanda mübarizə aparacaq.

Sonuncu iştirakçıların adları 2027-ci il Qızıl Kubokunun (Gold Cup) yekunları əsasında müəyyənləşdiriləcək.

Xatırladaq ki, ABŞ daha əvvəl 2016 və 2024-cü illərdə turniri keçirib.

Amerika Kuboku oyunlarının hələlik hansı şəhərlərdə və stadionlarda keçiriləcəyi seçilməyib.