Kriştiano Ronaldo karyerasının 987-ci qolunu vurub.

Sportal.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Asiya Çempionlar Liqasında “Əl-Sədd”ə qarşı keçirilən görüşün 13-cü dəqiqəsində hesabı açıb. 41 yaşlı portuqaliyalı futbolçu qazandığı penaltini özü dəqiq yerinə yetirib. Matç 2:1 hesabı ilə "Əl-Nəssr"in xeyrinəbaşa çatıb.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 146 qolu Portuqaliya millisinin, 841 qolu isə klub komandalarının heyətində vurub.