"Qalatasaray"ın hücumçusu Dəniz Gül əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun "Aston Villa" ilə matçında (1:0) zədələnib. 22 yaşlı forvardın burnu sınıb. Futbolçunun əməliyyatı uğurlu keçib.

Qeyd edək ki, Dənoz Gül "Qalatasaray"a "Aston Villa" üzərində qələbə qazandıran qolu vurub.