"Qarabağ"ın Misli Premyer Liqasının XIII turu çərçivəsində “Sumqayıt"la keçirəcəyi oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.
Sportal.az xəbər verir ki, standart biletlərin qiyməti 3 AZN təşkil edir. VIP biletlərin qiyməti isə 15 AZN-dir.
Azarkeşlər QR biletlərini hazırda iTicket.az-dan, oyun günü isə stadionun kassasından əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq. Matç saat 17:00-da başlayacaq.