"Aston Villa" UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turunun oyununda səfərdə "Qalatasaray"a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, Birmingem təmsilçisinin baş məşqçisi Unay Emeri qarşılaşmadan sonra açıqlama verib. İspaniyalı mütəxəssis komandasının birinci hissədə yaxşı oynadığını deyib:

"Qalatasaray"a qarşı oynamaq çətindir. Davamlı şəkildə pressinq edirlər. Azarkeşlər də komandaya çox dəstək olurlar. Bu stadionda oynamaq asan deyil. Birinci hissədə çox yaxşı iş gördük. Çünki onları dayandıra bilirdik. Topa nəzarət və epizodlarda üstünlük bizdə idi. Rəqibin hücumlarının qarşısını aldıq.

İkinci hissədə hücumda eepizodlar yarada bilmədik. "Qalatasaray" qol vurduqdan sonra artıq futbol oynamaq mümkünsüz hala gəlmişdi. Rəqib oyunçular vaxt aparırdılar. Hakim əsas vaxta cəmi 5 dəqiqə əlavə etdi. Hakimin ədalətli davrandığını düşünmürəm. Onu günahlandırmıram, amma bunları demək lazımdır".