A Seriyasında çempionluq mübarizəsi aparan "Roma" qışda hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, paytaxt klubunun əsas hədəfi "Çelsi"də çıxış edən Ceymi Gittensdir. Bu barədə "Football İnsider" məlumat yayıb.

"Roma"nın baş məşqçisi Can Pyero Qasperini ingiltərəli vingeri komandasında görmək istəyir. "Canavarlar" 22 yaşlı futbolçunu yanvarda icarəyə götürməyə çalışacaqlar.

Qeyd edək ki, "Çelsi" Ceymi Gittensi 2025-ci ilin yayında "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.