“Sabah”ın keçmiş futbolçusu və məşqçisi Kristian Sebalyos bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda Bakı təmsilçisi ilə İspaniyanın “Barselona” arasında keçiriləcək qarşılaşma ərəfəsində öz fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Marca"ya danışan ispan "Sabah"ın şanslarından bəhs edib:
"Sabah" heyətində 15 əcnəbi futbolçu olan komandadır. Məşqçilər korpusu da tamamilə əcnəbilərdən ibarətdir, baxmayaraq ki, komandada əla iş görən yerli mütəxəssislər də var. Təbii ki, "Barselona" ilə müqayisədə keyfiyyət baxımından ciddi fərq mövcuddur. Əgər "Barselona" erkən qol vura bilsə, "Sabah" üçün vəziyyət şübhəsiz ki, çox çətinləşəcək. Bununla belə, "Sabah" mübarizə aparmağı bacaran komandadır".
Qeyd edək ki, ötən ilin noyabrında "Sabah"dan ayrıldıqdan sonra Sebalyos İtaliyanın "Fiorentina" və "Parma" klublarında çalışıb. O, sentyabrın sonundan etibarən heç bir klubda fəaliyyət göstərmir.
saytlarin hazirlanmasi
