“Soçi”nin futbolçusu Ramil Şeydayev Azərbaycan millisinə dəvət edilmək üçün karyerasında dəyişikliyə getməyi düşünür.
Sportal.az saytına verilən məlumata görə, təcrübəli hücumçu buna görə “Soçi”dən ayrıla bilər.
Belə ki, milli komandaya Rusiya 1-ci liqasından dəvət edilməyin mümkün olmadığını görən Şeydayevin Premyer Liqamızda yarışan klublardan birinə icarəyə gəlməsi gündəmdədir.
Onun qışda Azərbaycan klublarından birinə keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi
