"Barselona"nın hücumçusu Qabriel Xesus qışda komandasını dəyişəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 29 yaşlı forvard “Bavariya”ya keçməyə hazırlaşır.

Artıq Münhen klubu Qabriel üçün “Barselona” ilə danışığa başlayıb.

Braziliyalı özü də İspaniyanı tərk edərək, ora yollanmağa müsbət yanaşır.

Onun “Barselona” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.