Frenk Lempard hesab edir ki, “Mançester Siti”nin titullarının əlindən alınması yalnız formal xarakter daşıya bilər. Çünki futbolçular yenə də özlərini qalib hesab edəcəklər.
Sportal.az xəbər verir ki, “Koventri”nin baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:
“Mənim də titullarım var, amma onlar evimin divarlarından asılmayıb. Onlar mənim yaddaşımdadır. Ən güclü rəqiblərə qarşı mübarizə aparan futbolçuların əksəriyyəti qələbə qazanmaq üçün çox böyük əmək sərf edib. Buna görə də düşünürəm ki, onların hər birinin əlindən titulları almaq çox çətin olacaq. Çünki titullar gözəl şüşə vitrinlərdə və ya başqa yerlərdə deyil, insanın yaddaşında yaşamalıdır”.
Xatırladaq ki, Lempard 2014/15 mövsümündə “Mançester Siti”nin heyətində çıxış etsə də, həmin müddətdə heç bir titul qazanmayıb.
saytlarin hazirlanmasi
