Azərbaycan millisinin futbolçusu Edqar Adilxanov karyerasını Belçikada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, bu barədə Sport24.az-a məlumat verilib.
Belçikanın "Genk" klubu "Şamaxı"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Qarşı tərəf futbolçu üçün Azərbaycan təmsilçisinə rəsmi təklif də göndərib.
Məlumata görə, "Genk" Adilxanovun transferi üçün 2 milyon avro civarında ödəniş etməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
saytlarin hazirlanmasi
