“Barselona” Hans-Diter Flikin rəhbərliyi altında növbəti böyükhesablı qələbəsini qazanıb.
Kataloniya təmsilçisi bu gün La Liqanın 8-ci turunda “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib. Bu, almaniyalı mütəxəssisin rəhbərliyi altında keçirilən 126 oyunda komandanın ən azı 3 top fərqi ilə qazandığı 43-cü qələbə olub.
Sportal.az xəbər verir ki, Flikin rəhbərliyi altında “Barselona” “Valensiya”nı dörd dəfə (7:1, 5:0, 6:0, 5:0), “Atletik”i (3:0, 4:0, 5:0), “Malyorka”nı (5:1, 3:0, 3:0) və “Sevilya”nı (5:1, 4:1, 5:2) isə üç dəfə böyük hesabla məğlub edib.
Kataloniyalılar həmçinin “Real" (4:0, 5:2), “Jirona” (4:1, 4:1) və “Vilyarreal” (5:1, 4:1) üzərində iki dəfə böyükhesablı qələbə qazanıblar.
Qeyd edək ki, Hans-Diter Flik 2024-cü ildən “Barselona”nın baş məşqçisidir.
saytlarin hazirlanmasi
