Bu gün qadınlardan ibarət "Kür" həndbol klubu avrokuboklarda cavab görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Kiprin APOEL klubu ilə yenidən üz-üzə gəlib və bu dəfə də rəqibini 39:13 hesabı ilə qalib gəlib.
Qarşılaşma yenə Mingəçevirdə baş tutub.
Xatırladaq ki, dünən bu komandalar arasında keçirilən oyunda "Kür" komandası rəqibini 40-18 hesabı ilə məğlub etmişdi.
