"Sabah"ın Çempionlar Liqasında ilk qolunun müəllifi: "Tarix yazdıq"

12:17 - 14 Oktyabr 2026

"Sabah"ın yarımmüdafiəçisi Kaheem Parris Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda “Slaviya”(Praqa) üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, klubun Çempionlar Liqasının əsas mərhələsində ilk qolunu vuran yamaykalı komandasının qalibiyyəti haqda bunları deyib: 

"Bu, inanılmaz hissdir. Çempionlar Liqasında ilk qolum və ilk qələbəmiz... Klubumuz, ölkə və özümüz üçün tarix yazdıq. Bu, mənim və ailəm üçün çox vacib andır".
 

Xəbər xətti