İşdən çıxarılan Vətən müharibəsi iştirakçısının məsələsi ilə bağlı yeni detallar - Cahangir Fərəcullayevdən bunu İcraiyyə Komitəsi tələb edib?

13:37 - 16 Oktyabr 2026

Ötən ay AFFA-nın Media Departamentində birdən-birə 8 əməkdaşın işdən çıxarılması gözlənilməz olmuşdu. Onların arasında Vətən müharibəsi iştirakçısı, Laçın və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilmiş Mehman Əşrərov da var idi. 

Hər hansı qüsuru olubsa, onun işdən çıxarılması anlaşılan sayılardı. Lakin Mehman bəyin özünə heç bir tutarlı səbəb göstərilməyib. 

Sportal.az saytı bu məsələ ilə bağlı yeni məlumatlar öyrənib. Belə ki, işdən çıxarılan departamentin əməkdaşları AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüb, işdən çıxarılma səbəblərini maraqlanıblar. Fərəcullayev bu qərarın İcraiyyə Komitəsi tərəfindən verildiyini, qurumun Media Departamentinin işindən narazı olduğunu bildirib. Baş katib bu məsələnin müzakirə olunduğu iclasın onlayn formatda keçdiyini nəzərə çatdırıb, lakin hansı tərkibdə baş tutduğunu deməyib. 

Qeyd edək ki, Mehman Əşrəfov qazi kimi ixtisara salına bilmədiyi üçün ona AFFA tərəfindən tam müqavilə öhdəlikləri üzrə təzminat ödənilib. 

Xəbər xətti