“Qarabağ”ın və Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev zədədən sonra bərpa prosesində növbəti mərhələyə qədəm qoyub.
Sportal.az xəbər verir ki, futbolçu fərdi fiziki məşqlərə start verib. O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi sentyabrın əvvəlində Finlandiyada ayağından əməliyyat olunub.
Həmin vaxt “Qarabağ”ın yaydığı rəsmi məlumata əsasən, Cəfərquliyevin ən azı üç ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.
