"Fənərbaxça" xorvatla maraqlanır

10:48 - 19 Oktyabr 2026

“Fənərbaxça” transfer çalışmalarını davam etdirir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Torino” və Xorvatiya millisinin üzvü Nikola Vlasiçlə maraqlanır.

Türklər xorvat yarımmüdafiəçinin transferini qışda reallaşdırmağı planlaşdırır. 29 yaşlı futbolçunun “Torino” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Hayduk”(Split), “Everton”, ÇSKA(Moskva), “Vest Hem” klublarının formasını geyinib.
 

Xəbər xətti