"Tottenhem"in hücumçusu Rişarlison Braziliya prezidentliyinə namizəd Flavio Bolsonarunu şəxsi adasını itirməsində əli olmaqda ittiham edib.
Sportal.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb.
Münaqişə futbolçunun öz mülkiyyətini siyasətçiyə satmaqdan imtina etməsindən sonra yaranıb.
Rişarlisonun sözlərinə görə, sonradan məhkəmə prosedurları nəticəsində ada başqa şəxslərin mülkiyyətinə keçib. Hücumçu iddia edir ki, daşınmaz əmlaka təxminən 1,7 milyon avro investisiya qoyub, lakin əmlakın itirilməsinə görə heç bir kompensasiya almayıb.
29 yaşlı forvard adanın başqa sahiblərə keçmə şəraitini və Bolsonarunun bu məsələdə ehtimal olunan iştirakını müəyyən edəcək polis araşdırmasının aparılmasını tələb edir.
saytlarin hazirlanmasi
