“Sabah”ın yarımmüdafiəçisi Abdulax Xaybullayev Çempionlar Liqasının üçüncü turunda Bakıda “Borussiya”(Dortmund) klubuna 2:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportal.az saytına açıqlama verən millimizin üzvü almanlarla görüş haqda bunları deyib:
"Təəssüf ki, uduzduq, amma maraqlı oyun oldu. Rəqibin təcrübəsi və səviyyəsi nəticəni müəyyən etdi. Onlarda həm təcrübə, həm də səviyyə var. Yorğunluq hiss etsəniz belə, bu, çox deyil, çünki iki heyətimiz var və iki turnirdə oynaya bilərik. Çempionlar Liqasının növbəti turundan əvvəl Premyer Liqada daha iki oyunumuz var. Bizi "Qarabağ"a qarşı matç gözləyir. Ondan sonra "Vikinq" barədə düşünməyə vaxtımız olacaq”.
Mirbağırağa
