19 yaşlı vinger Premyer Liqa klublarının hədəfində

10:57 - 24 Oktyabr 2026

"Sportinq"də çıxış edən Flavio Qonçalves karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" portuqaliyalı vingeri transfer etmək istəyir. Bu barədə "CaughtOffside" portalı məlumat yayıb.

Hər iki klub 19 yaşlı futbolçunu yanvarda heyətə cəlb etməyə çalışacaq. Klubu gənc oyunçu üçün 60 milyon avroluq sərbəstqalma məbləğini tələb edir.

Qeyd edək ki, Flavio Qonçavles "Sportinq"in yetirməsidir. Porrtuqaliya U-21 millisinin üzvü cari mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti