“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Feysali”yə qarşı keçirilən matçda (3:1)qol vurub.
Sportal.az xəbər verir ki, 41 yaşlı hücumçu qarşılaşmanın 49-cu dəqiqəsində fərqlənib. Portuqaliyalı futbolçunun 52-ci dəqiqədə vurduğu daha bir qol isə ofsayd səbəbindən ləğv edilib.
Beləliklə, Ronaldonun karyerası ərzində keçirdiyi 1342 oyunda 982 qol və 261 məhsuldar ötürməsi var. Kriştiano klub səviyyəsində 836, Portuqaliya millisinin heyətində isə 146 qol vurub.
“İnter Mayami”nin hücumçusu Lionel Messi isə 1181 oyunda 936 qol və 427 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
