"Liverpul" 19 yaşlı vinger üçün 30 milyon avro ödəməyə hazırdır

21:50 - 26 Oktyabr 2026

"Valensiya"nın futbolçusu David Otorbi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" İspaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Tribuna Deportiva" nəşri məlumat yayıb.

"Qırmızılar" Otorbini yanvarda heyətə qatmağı planlaşdırırlar. "Liverpul" 19 yaşlı ön xətt oyunçusu üçün La Liqa klubuna 30 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Qeyd edək ki, David Otorbi "Valensiya"nın yetirməsidir. Gənc istedad cari mövsümdə "yarasalar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti