"Borussiya"nın futbolçusu Matis Albert karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Mançester Siti" amerikalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Şəhərlilər"in gənc istedadı yanvarda heyətinə qatmaq ehtimalı yüksək qiymətləndirilir. "Mançester Siti" 17 yaşlı ön xətt oyunçusu üçün Almaniya klubuna 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Matis Albert 2024-cü ilin yayında "Borussiya"nın akademiyasında qoşulub. ABŞ millisinin üzvü cari mövsümdə Dortmund təmsilçisinin əsas komandasının heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
