"Sumqayıt"ın futbolçusu Ronaldo Vakzez Sportal.az saytına açıqlama verib.
"Gənclik şəhəri" təmsilçisinin legioneri komandasının Premyer Liqadakı çıxışından bəhs edib.
Bununla yanaşı, Dominikan Respublikasından olan futbolçu "Sumqayıt"ın Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağı “Şəfa” ilə görüşdən gözləntilərini də bölüşüb:
"Premyer Liqada hələ qarşıda çox oyun qalıb. Fikrimcə, biz daha da yaxşı oynamağa başlamışıq. İndi liqada turnir cədvəlində yüksəlmək üçün uğurlu nəticələr qazanmalıyıq. Qarşıda da bizi "Şəfa"ya qarşı görüş gözləyirş Bu oyunu evdə keçirəcəyik. Qələbə üçün sona qədər mübarizə aparacağıq. Üç xalı qazanmaq bizim üçün vacibdir. Hamımız da bunu yaxşı başa düşürük".
Onun sözlərinə görə, "Sumqayıt" avrokuboklar zonasında yer ala biləcək: "Bəli, mən bu heyətə inanıram. Avropa kubokunda yer almaq üçün çalışmağa davam edəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi
