Futbol üzrə Rumıniya futbol Superliqasında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” doğma meydanda ÇFR ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Cəlal da bu matçda iştirak edib. 23 yaşlı mərkəz müdafiəçisi 64-cü dəqiqədə meydana daxil olub.
Hazırda “Petrolul” 24 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
