“Neftçi” bərpa məşqi edib.
Sportal.az xəbər verir ki, dünən “Şamaxı” ilə səfər matçından qalib ayrılan komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində bərpa prosesini yerinə yetiriblər.
Qeyd edək ki, “ağ-qaralar” növbəti oyununu “Kəpəz”ə qarşı keçirəcək. Misli Premyer Liqasının 11-ci tur matçı “Palms Sports Arena”da baş tutacaq və noyabrın 6-sı saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi
