"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Türkiyəyə yollana bilər.
Sportal.az "TuttoMercatoWeb"a istinadən xəbər verir ki, litvalı mütəxəssis "Fənərbaxça"nı çalışdırmağa hazırlaşır.
Tərəflər arasında intensiv danışıqların aparıldığı iddia olunur.
Türkiyə nəhənginin baltikalı ilə 3 illik anlaşmanı razılaşdırmağa yaxın olduğu iddia edilir.
Xatırladaq ki, "bayquşlar"a 2025-ci ilin iyunundan rəhbərlik edən Dambrauskasın klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
saytlarin hazirlanmasi
