Azərbaycanlı qapıçı Eldar Tağızadə Sloveniyanın “Bistritsa” klubunun heyətində növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, onun komandası bu gün Sloveniya II Liqasının 13-cü turu çərçivəsində doğma meydanda “Krşko”nu 2:0 hesabı ilə məğlub edib. Tağızadə qarşılaşmada 90 dəqiqə meydanda olub.
Hazırda “Bistritsa” 23 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
