"Sabah"ın rəqibi ciddi itki ilə üzləşdi

12:18 - 2 Noyabr 2026

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Kevin De Bruyne İtaliya A Seriyasının 10-cu turunda "Yuventus"la(2:0) görüşdə sıradan çıxıb.

Belçikalı tibbi müayinədən keçib və onun bağlarında dartılma olması dəqiqləşib.

Onun nə zaman meydanlara qayıdacağı dəqiq deyil.

Qeyd edək ki, "Sabah" - "Napoli" görüşü yanvarın 20-də Bakıda keçiriləcək.

Xəbər xətti