Məsiyev "Anderlext"in oyununda

13:47 - 3 Noyabr 2026

FİFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, 35 yaşlı hakim noyabrın 5-də Liqa mərhələsinin 4-cü turu çərçivəsində Belçikada keçiriləcək "Anderlext" - "Zalsburq" (Avstriya) qarşılaşmasın idarə edəcək.

Ona yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xəbər xətti