Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı

15:11 - 3 Noyabr 2026

Əliyar Ağayev UEFA Avropa Liqası oyununa təyinat alıb.

Sportal.az xəbər verir ki, FIFA referisi Liqa mərhələsinin IV turunun "Selta" (İspaniya) - "Yunion" (Belçika) matçını idarə edəcək.

Ona yan xətlərdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. VAR-da avstriyalı Manuel Şuettenqruber, AVAR-da isə İnqilab Məmmədov əyləşəcək.

Qeyd edək ki, "Selta" - "Yunion" qarşılaşması noyabrın 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti