Norveçin "Vikinq" klubu UEFA Çempionlar Liqası Liqa mərhələsinin IV turu çərçivəsində doğğma meydanda "Sabah"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Skandinaviya təmsilçisinin baş məşqçisi Byarte Lunde Aarsheym matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. Mütəxəssis "Sabah"ın əks-hücumlarda təhlükəli olduğunu deyib:
"Klubumuzdakı idarəetmə sistemi və iki baş məşqçinin birgə fəaliyyəti bəzilərinə qeyri-adi görünə bilər. Lakin bu, bizim illərdir uğurla tətbiq etdiyimiz bir modeldir. Bu gün mətbuat konfransında həmkarım Morten Jensenin niyə iştirak etmədiyi ilə bağlı sualları başa düşürəm. Burada heç bir gizli məqam yoxdur. Biz vəzifə və öhdəlikləri həftəlik əsasda bölüşürük. Qısacası, bu həftə komandaya rəhbərlik etmək və mətbuatın qarşısına çıxmaq növbəsi məndədir. Morten isə tamamilə komandanın oyun planına və taktiki hazırlıqlara fokuslanıb.
Çempionlar Liqasında hər bir oyun bizim üçün böyük sınaqdır. Meydana ən hazır heyətlə çıxmalıyıq. Son məşqimizdə əsas hücumçumuz və bombardirimiz Peter Kristiansen ayaq əzələsində müəyyən bir sərtləşmə və ağrı hiss etdi. Buna görə də hazırlığı ehtiyat tədbiri olaraq yarımçıq saxlamalı oldu. Onun "Sabah"a qarşı oynaya biləcəyinə ümid edirik. Lakin vəziyyətini tam riskə atmaq fikrində deyilik. Digər futbolçularımızın fiziki və psixoloji durumu yüksək səviyyədədir və matça tam hazırdırlar.
"Sabah" beynəlxalq arenada gənc komanda ola bilər. Lakin onların heyəti müxtəlif ölkələrdən gələn çox təcrübəli və dinamik oyunçulardan qurulub. Təhlillərimiz göstərir ki, xüsusilə əks-hücumlarda və sürətli keçidlərdə çox təhlükəli futbol oynayırlar. Komandama və kapitanımız Zlatko Tripicə də bildirdiyim kimi, rəqibi zərrə qədər də olsun qiymətləndirməmək kimi bir seçimimiz yoxdur. Avropada cəzalandırılmaq istəmiriksə, müdafiədə maksimum nizam-intizamlı olmalı və oyun tərzimizi diktə etməliyik".
saytlarin hazirlanmasi
