"Qarabağ"ın qələbə qazana bilməməsinin səbəbləri çoxdur" - "Qarabağ"ın sabiq futbolçusu

13:22 - 3 Noyabr 2026

"Qarabağ"ın veteran futbolçusu Elmir Xankişiyev Sportal.az saytına açıqlama verib.

Ağdam təmsilçisinin keçmiş yarımmüdafiəçisi komandanın son turda qələbə qazana bilməməsini və bu mövsümkü çıxışını dəyərləndirib:

"Qarabağ"ın "Qəbələ"yə qarşı oyununa baxdım. "Qarabağ"ın qələbə qazana bilməməsinin səbəbləri çoxdur. "Qəbələ"yə qarşı səfərdə oynamaq komandalar üçün həmişə çətin olur. Yüksəklikdir deyə, komandalar orada əziyyət çəkirlər. Ancaq "Qarabağ"ın əvvəlki oyununu tapmaması da səbəblərdən biridir. Komanda hələ də öz oyununu tapa bilməyib. Yəqin ki, bu da yeni oyunçuların gəlməsi ilə bağlıdır. Görünür ki, yeni futbolçular hələ də tam adaptasiya olmayıblar, xətlər arası əlaqə hələ də tam qurulmayıb. Gedən oyunçuların yerini yeni gələnlər tam doldura bilmir. "Qarabağ"ın hazırda bu cür oynamasının səbəbi odur ki, komanda demək olar yenidən yığılıb. Yəqin ki, vaxt lazımdır. Yeni kollektivdir. Altı aydan aydan sonra komandanın nəyə qadir olduğunu görəcəyik".

O, "Qarabağ"ın yeni transferlərindən də bəhs edib: "Yeni transferlər haqda fikir bildirmək hələlik tezdir. Birinci dövrə başa çatır. Ancaq futbolçular hələ də adaptasiya olmayıblar. Yeni transferlər tam olaraq özünü doğrultmurlar. Bu da yəqin ki, adaptasiya ilə əlaqədar məsələdir. Bir az vaxt lazımdır ki, onlar haqda fikir bildirək".

Mirbağırağa

Xəbər xətti