Manuel Noyer “Atletiko”ya qarşı oyuna hazırdır.
Sportal.az xəbər verir ki, “Bavariya”nın qapıçısının bu gün Çempionlar Liqasının IV turu çərçivəsində keçiriləcək matçda start heyətində meydana çıxacağı gözlənilir. Qarşılaşma Madriddə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, Noyer daha əvvəl ayağındakı vətərin iltihabı səbəbindən Bundesliqada “Frayburq” və Dortmund “Borussiya”sına, həmçinin Almaniya Kubokunda “Maqdeburq”a qarşı oyunları buraxıb.
saytlarin hazirlanmasi
