A Seriyası klubunun yeni baş məşqçisi bəlli oldu

20:22 - 3 Noyabr 2026

İtaliyanın "Udineze" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisini Paolo Zanetti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Paolo Zanettinin son iş yeri "Verona" olub. O, "Udineze"nin baş məşqçisi postunda Kosta Runyaiçi əvəz edib.

Xəbər xətti