“Liverpul”un vingeri Bredli Barkola azarkeşlərin onu klubdan ayrılan Məhəmməd Salahın əvəzedicisi kimi görməsinin üzərində təzyiq yaratmadığını bildirib.
Sportal.az xəbər verir ki, Barkola yay transfer pəncərəsində PSJ-dən “Liverpul”a 125+20 milyon avro (123 milyon funt sterlinq) qarşılığında keçib.
“İlk növbədə, transfer məbləğini mən müəyyənləşdirməmişəm. Buna görə də bu, mənim üçün problem deyil. Məhəmməd Salaha gəlincə, o, burada əfsanədir. Əsl əfsanə. Klubda böyük uğurlar qazanıb və ona sonsuz hörmətim var. Lakin şəxsən mən bu səbəbdən heç bir təzyiq hiss etmirəm.
Mən Salah deyiləm. Buna görə də kluba öz töhfəmi verməyə və onun tarixində öz izimi qoymağa çalışacağam. Bu məsələ mənə heç bir təzyiq yaratmır”, – deyə Barkola bildirib.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 7 matça çıxan Bredli Barkola 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
