"Bavariya" Polşa millisinin 18 yaşlı futbolçusunu transfer etmək istəyir

22:11 - 5 Noyabr 2026

матча и забил 1 гол.

“Bavariya” Oskar Petuşevski ilə maraqlanır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Münhen təmsilçisi “Portu”nun sol cinah hücumçusunu gələn yay transfer etmək imkanını nəzərdən keçirir. Klub Petuşevskini Luis Diası əvəz edə biləcək istedadlı futbolçu kimi qiymətləndirir. Bununla belə, “Bavariya”nın transfer siyahısında başqa oyunçular da yer alır.

Polşa millisinin üzvü “Bavariya”nın idman direktoru Maks Eberlin də diqqətini çəkib. Tərəflər arasında artıq ilkin təmaslar baş tutub. 18 yaşlı futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 60 milyon avrodur.

Petuşevski Portuqaliya çempionatının cari mövsümündə 2 oyuna çıxıb və 1 qol vurub.

Xəbər xətti