I Liqanın cari mövsümündə parlaq çıxışı ilə diqqətləri üzərinə çəkən “Gəncəbasar”ın kamerunlu hücumçusu Dileyn Açimi Premyer Liqa klublarının maraq dairəsinə düşüb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 21 yaşlı forvardın qış transfer pəncərəsində “Kəpəz”ə keçəcəyi gözlənilir.
Gəncə təmsilçisi ilə onun arasında ilkin razılıq əldə olunub və keçidin reallaşma ehtimalı yüksək qiymətləndirilir. Bununla belə, transfer hələ rəsmiləşməyib.
“Qəbələ” və “Şəfa”nın da Açiminin xidmətində maraqlı olduğu bildirilir.
Afrikalı legionerin statistikası onun niyə Premyer Liqa klublarının diqqətini çəkdiyini aydın şəkildə göstərir.
Kamerunlu 2025/2026 mövsümündə “Cəbrayıl”ın heyətində I Liqada 25 qarşılaşmaya çıxaraq, 14 dəfə fərqlənib.
Cari mövsümdə isə “Gəncəbasar”ın formasında cəmi 6 matçda 12 dəfə adını tabloya yazdırıb. Ümumiyyətlə, 31 oyuna 26 qol vurub.
Cari mövsümdə hər oyuna orta hesabla 2 qol vuran hücumçu məhsuldarlığı ilə çempionatın ən diqqətçəkən futbolçularından birinə çevrilib.
Açiminin mümkün transferi təkcə bir futbolçunun karyera dəyişikliyi kimi qiymətləndirilməməlidir. Bu hadisə Azərbaycan I Liqasının son illərdə keçdiyi inkişaf yolunun da göstəricisidir.
saytlarin hazirlanmasi
