"Qızıl top" mükafatının qalibi Harri Keyn "Bavariya" ilə müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
İngiltərə milli komandasının üzvü ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Bavariya Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən 95 milyon avroya transfer edib. 33 yaşlı hücumçu cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
