Ukraynanın əfsanəvi futbolçularından Andrey Şevçenkonun oğlu Kristian özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu İngiltərənin səviyyəcə 7-ci Divizionunda yarışan "Beyzinqstok Taun" klubunda oynayacaq.

Forvard daha əvvəl "Uotford" və "Şolinq"in gənclər komandasında çıxış edib.

Xatırladaq ki, Kristianın atası Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidentidir.