"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa Çempionlar Liqasının 5-ci turunun Bakıda "Barselona"ya qarşı keçirilmiş (1:4) oyunu haqda danışıb.
Sportal.az xəbər verir ki, xorvat futbolçu Kataloniya klubuna qarşı layiqli mübarizə apardıqlarını bildiirb:
"İlk hissədə qol vurmaq üçün yaxşı şansım var idi. Topun qapıya daxil olmaması təəssüf doğurur. Düşünürəm ki, hər kəs bu vəziyyətdə və həmin komandaya qarşı qol vurmaqdan məmnun olardı. İlk 20-30 dəqiqədə daha təhlükəli vəziyyətlər yaratdıq. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı azca itirdik və bu da bizə baha başa gəldi. Qarşıda daha üç oyunumuz var və hər oyunu bir-bir keçirəcəyik. Əvvəlcə istirahət etməli və liqa oyunlarına diqqət yetirməliyik, sonra isə tədricən irəliləyəcəyik".
saytlarin hazirlanmasi
